Haqqımızda

“Novus Plastica” MMC şirkəti 17 avqust 2020-ci ildə ölkəmizin kimya sənayesinin və plastik istehsalı sektorunun inkişafı proqramı çərçivəsində təsis edilmişdir. Şirkətin strukturunda aşağı sıxlıqlı xammal polietilendən (LDPE) polietilen plyonka və qara boya konsentratı istehsal edən zavod fəaliyyət göstərir. Bu materiallardan müxtəlif növ sənaye qablaşdırması hazırlanır. Zavod Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir.

Şirkətimizin əsas məqsədi bu sektorda lider olmaqdır. Qeyd etmək lazımdır ki, apardığı güclü işgüzar siyasət nəticəsində şirkətimiz Avropa və Mərkəzi Asiya ölkələrində özünü təsdiq etmişdir və hal-hazırda qurduğu əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdədir. “Novus Plastica” öz fəaliyyətində ISO 9001, 14001 və 45001 kimi beynəlxalq standartların tələblərinə ciddi şəkildə riayət edir. Şirkətimiz keyfiyyət, ekologiya və təhlükəsizlik sistemlərini daim təkmilləşdirmək və inkişaf etdirmək üçün ən müasir avadanlıqlardan, ən son istehsal metod və texnologiyalarından istifadə edir.

Öz növbəsində, “Novus Plastica” rəqabətcil iş mühiti, müasir idarəetmə sistemi olan müəssisədə işləmək imkanı, peşəkar təlim və karyera yüksəlişi, habelə yeni perspektivlər təmin etməyə söz verir.

Şirkətimiz öz fəaliyyətində aşağıdakı meyarları rəhbər tutur:

Təhlükəsizlik, ətraf mühitin mühafizəsi və keyfiyyətin təminatı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi sənədlərinin bütün tələblərinə riayət edilməsi;

Təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi;

Əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün maarifləndirici tədbirlərin təmin edilməsi;

ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq keyfiyyət, ekologiya və təhlükəsizlik sistemlərinin daim təkmilləşdirilməsi və inkişafı üçün ən müasir avadanlıqların, yeni metod və texnologiyaların tətbiq edilməsi;

Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə edilməsi; məhsulun keyfiyyətinə, insan sağlamlığına və ətraf mühitə təsir edə bilən amillərin müəyyən edilməsi;

Potensial təhlükələrin sayının və ağırlığının azaldılması, xəsarətlərin və qəzaların qarşısının alınması.

“Novus Plastica” şirkətinin fəaliyyəti bir sıra beynəlxalq standartların tələblərinə cavab verir

ISO
9001

Keyfiyyətin idarə edilməsi sistemi (QMS) qarşısında qoyulan tələbləri müəyyən edən beynəlxalq standart

Download certificate

ISO
14001

Effektiv ekoloji idarəetmə sistemi yaratmaq üçün bir şirkətin və ya təşkilatın əməl edə biləcəyi standartları təsvir edir

Download certificate

ISO
45001

Bir şirkət və ya təşkilatda çalışan işçilərin sağlamlıq və təhlükəsizliyinə təhlükə yaradan mənfi təsirlərin miqyasını müəyyən etmək və azaltmaq üçün müvafiq metodologiya təmin edən Sağlamlığın qorunması və təhlükəsizlik texnikasının idarəetmə sistemi (OHSMS).

Download certificate